Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Son zəng” tədbirləri keçirilib

14 iyun 2025 | 15:09
14 iyun 2025-ci il tarixində Ağdaş rayonunun tam orta məktəblərində də “Son zəng” tədbirləri keçirilib.
Tədbirlərdə məzunların çıxışları, ədəbi-bədii kompozisiyalar, rəqslər və maraqlı təqdimatlar yer alıb.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Nizami adına 2 nömrəli şəhər tam orta məktəbində təşkil olunan “Son zəng” tədbirində iştirak edib.
Rayon rəhbəri məzunları təbrik edərək onlara gələcək həyatlarında uğurlar arzulayıb, Prezident İlham Əliyevin təhsil sahəsinə göstərdiyi diqqət və qayğılardan bəhs edib.
Bildirilib ki, aparılan ardıcıl islahatlar, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar gənc nəslin bilikli, vətənpərvər və dövlətə sədaqətli vətəndaşlar kimi formalaşmasına şərait yaradır.
Həmçinin, qeyd olunub ki, ölkəmizin davamlı inkişafı, dövlətçiliyimizin möhkəmlənməsi və cəmiyyətin tərəqqisi məhz bilikli, Vətənə bağlı və məsuliyyətli gənclərin yetişməsindən asılıdır.
Olimpiada qalibi olan, eyni zamanda ali məktəblərə qəbul imtahanlarında yüksək nəticə göstərən məktəbin 2 məzununa və onların hazırlanmasında əməyi olan müəllimlərə fəxri fərmanlar təqdim olunub.
Qeyd edək ki, 2024/2025-ci dərs ilində rayonun 1 gimnaziya və 40 tam orta məktəbindən 928 nəfər məzun tam orta təhsil pilləsini başa vurub.
Bütün məzunlara uğurlar arzulayırıq.
Keçidlər