Ağdaşda şəhidlərin xatirə lövhəsində təmir işləri aparılıb
22 sentyabr 2025 | 17:10
27 sentyabr – Anım Günü ilə əlaqədar Ağdaş şəhərində şəhidlərin xatirə lövhəsində yenidənqurma işləri həyata keçirilib.
Lövhədə şəhidlərimizin şəkilləri və memorial elementlər yenilənib, lövhənin yerləşdiyi məkanda işıqlandırma sistemi bərpa edilib, digər təmir işləri aparılıb.
Qeyd edək ki, belə layihələr şəhidlərimizin əziz xatirəsini yaşatmaq və gənc nəsillərdə vətənpərvərlik ruhunu gücləndirmək baxımından böyük əhəmiyyət kəsb edir.







