Ağdaşda şəhidin xatirə lövhəsi açılıb.
24 avqust 2022-ci il tarixində rayonun Türyançay qəsəbəsi ərazisində birinci Qarabağ müharibəsində şəhidlik məqamına ucalmış, qəsəbədə doğulub boya-başa çatmış Sahir Mirabdulla oğlu Abdullayevin xatirəsinə inşa edilən lövhənin açılış mərasimi keçirilib. Tədbirdə rayon icimaiyyətinin, Ağdaş suvarma sistemləri idarəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhidin doğmaları və yaxınları iştirak edib. Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub. Xatirə lövhəsinin açılışından sonra lövhənin önünə gül dəstələri düzülüb. Məktəblilərin iifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib. Tədbirdə çıxış edənlər birinci Qarabağ və Vətən Müharibəsində şəhidlik məqamına yetişən Azərbaycan oğullarının misilsiz şücaətindən söz açaraq 44 günlük müharibədə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun əldə etdiyi böyük Zəfərin əhəmiyyətinə toxunmaqla, belə tədbirlərin gənclərin milli vətənpərvərlik tərbiyəsində əvəzsiz rola malik olduğunu diqqətə çatdırıblar. Şəhidin ailə üzvləri şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq hisslərini ifadə ediblər.
Allah bütün şəhidlərə rəhmət etsin.
Ruhları şad olsun.