Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidimiz Cəlil Əliyevin ailəsi ziyarət olunub.

17 aprel 2025 | 15:40

Aprelin 15-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə rayonun Qaradağlı kəndində şəhid Əliyev Cəlil Qüdrət oğlunun ailəsini ziyarət edib, ailənin qayğıları ilə maraqlanıb.
Şəhid qəhrəmanımızın keçdiyi rəşadətli döyüş yolundan bəhs olunub, onun xatirəsinin daim qəlbimizdə yaşayacağı vurğulanıb. Şəhid ailələrinin hər zaman dövlətin qayğısı ilə əhatə olunduqları qeyd edilib.
Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlığını ifadə ediblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər