Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhid ailələrinin ziyarəti davamlı xarakter daşıyır

18 aprel 2026 | 13:09

Aprelin 17-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə Birinci Qarabağ müharibəsində şəhidlik zirvəsinə ucalmış Xəlilov Ayaz Vaqif oğlu və Hüseynov Səbuhi Səlim oğlunun ailələrini ziyarət edib. Ziyarət zamanı ailələrlə səmimi söhbət aparılıb, onların qayğıları ilə yaxından maraqlanılıb. Görüşdə şəhidlərimizin əziz xatirəsi dərin ehtiramla yad olunub, onların Vətən uğrunda göstərdikləri qəhrəmanlıq və şücaətin xalqımızın yaddaşında daim yaşayacağı vurğulanıb. Qeyd olunub ki, torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin ailələrinə dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir, bu istiqamətdə həyata keçirilən tədbirlər mütəmadi və ardıcıl xarakter daşıyır. Şəhid ailələri göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlıqlarını bildiriblər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər