Ağdaşda şəhid ailələri üzvlərinin iştirakı ilə ağacəkmə aksiyası keçirilib
10 yanvar 2025 | 14:48
Ağdaş Rayon Suvarma Sistemlərinin İstismarı İdarəsinin inzibati ərazisində keçirilən aksiyada rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP Ağdaş rayonu təşkilatının sədri Əlişah Rəcəbov, Ağdaş Su Meliorasiya Sistemlərinin İstismarı idarəsinin rəisi Azər Paşayev, idarənin əməkdaşları və şəhid ailələrinin üzvləri iştirak edib.
Əraziyə müxtəlif növ ağaclar əkilib. Aksiyanın məqsədi ictimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına yönəltmək, cəmiyyətdə ekoloji mədəniyyətin və təbiətə qayğının təbliği ənənələrini davam etdirmək, ağac əkilməsini və yaşıllıqların çoxaldılmasını təşviq edərək ətraf mühitin qorunmasına töhfə verməkdir.
Aidiyyəti qurum tərəfindən ağacəkmə kampaniyasının cari ilin yaz aylarınadək davam etdirilməsi nəzərdə tutulub.