Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib

19 mart 2026 | 14:33

Martın 19-da Ağdaş Rayon İcra Hakimiyyətində “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tədbir keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, rayon İcra Hakimiyyəti və Bərdə Regional Reklam İdarəsinin məsul əməkdaşları iştirak edib.

Ölkəmizdə şəhərsalma və memarlıq sahəsində həyata keçirilən tədbirlərin, aparılan abadlıq və quruculuq işlərinin əhəmiyyətindən bəhs olunub, rayonumuzda da bu istiqamətdə ardıcıl və məqsədyönlü işlərin görüldüyü diqqətə çatdırılıb.

Sonra rayon ərazisində şəhərsalma və memarlıq ənənələrinin qorunub saxlanılması məqsədilə aparılan abadlıq və quruculuq işlərində fəal iştiraklarına görə Bərdə Regional Reklam İdarəsinin bir qrup əməkdaşına Ağdaş Rayon İcra Hakimiyyətinin fəxri fərmanları  təqdim olunub, onlara gələcək fəaliyyətlərində uğurlar arzulanıb.

Keçidlər