Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib

19 mart 2026 | 14:29

Martın 19-da Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində ağacəkmə aksiyası təşkil olunub.

Aksiya Bakı–Ələt–Qazax–Gürcüstan avtomobil yolunun Ağdaş rayonunun Yuxarı Ləki kəndi ərazisindən keçən hissəsində keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, YAP rayon təşkilatı, hüquq-mühafizə orqanları, eləcə də bütün idarə, müəssisə, təşkilatların rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Aksiya çərçivəsində ərazidə 1000 ədəd şam, 500 ədəd oleandr tingi əkilib və mövcud yaşıllıqlara aqrotexniki qulluq göstərilib.

İl çərçivəsində təşkil olunan aksiya yaşıllıq zonalarının genişləndirilməsi və ətraf mühitin qorunmasına xidmət edən tədbirlərin mühüm bir hissəsini təşkil edir.

Keçidlər