Ağdaşda sahibkarlarla görüş keçirilib
22 fevral 2025 | 16:35
Fevralın 22-də “Ağdaş Palace” ailəvi istirahət mərkəzində rayonda fəaliyyət göstərən sahibkarlarla görüş olub. Görüş Azərbaycan Beynəlxalq Bankının təşkilatçılığı və rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirilib.
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Beynəlxalq Bankının kiçik və orta sahibkarlarla iş departamentinin direktoru, Azərbaycan Beynəlxalq Bankının Ağdaş filialının müdiri, Vergilər Nazirliyi və İqtisadiyyat Nazirliyinin regional rəhbərlərinin iştirak etdiyi görüşdə ölkəmizdə sahibkarlığın inkişafına göstərilən dövlət dəstəyindən bəhs olunub.
Sahibkarların bank və dövlət qurumları arasında əməkdaşlıqdan söz açılıb, bu sahədə onların rəy və təklifləri dinlənilib, sualları cavablandırılıb.Kiçik və orta sahibkarlığın inkişafı məsələlərinə dair fikir mübadiləsi aparılıb.