Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Sağlam həyat” layihəsi çərçivəsində tədbir keçirilib

28 yanvar 2025 | 18:28
Yanvarın 28-də Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə rayondakı Heydər Əliyev parkında "Sağlam həyat" layihəsi çərçivəsində tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə və Yeni Azərbaycan Partiyası Ağdaş Rayon Təşkilatının sədri Əlişah Rəcəbov tədbirin keçirildiyi məkana gələrək sağlam həyat tərzini təbliğ edən tədbirə baxış keçirib, təşkilatçılara uğurlar arzulayıblar.
Parkda “Sağlam həyat” səyyar avtomobilində gətirilən müxtəlif idman növlərinə aid avadanlıqlar quraşdırılıb. Ağdaşlı idman həvəskarları yaş qrupları üzrə müxtəlif idman normativlərini yerinə yetirərək fiziki bacarıqlarını sınayıblar.
Layihədə ümumilikdə 300 nəfərədək yeniyetmə və gənc iştirak edib və qaliblər sertifikatlarla təltif olunublar.
Keçidlər