Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Sabahın şəhərsalması: gənclik və innovasiya” mövzusunda panel müzakirə keçirilib

28 aprel 2026 | 17:20

Ağdaş Rayon İcra Hakimiyyətinin dəstəyi, Ağdaş rayonu üzrə gənclər və idman sektoru, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Mərkəzi Aran Regional nümayəndəliyinin Ağdaş bölməsi və Ağdaş Dövlət Humanitar Kollecinin birgə təşkilatçılığı ilə “Sabahın şəhərsalması: gənclik və innovasiya” mövzusunda panel müzakirə təşkil olunub.

Ağdaş Dövlət Humanitar Kollecində keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi və memarlıq-tikinti məsələləri şöbəsinin müdir müavini – Memarlıq-tikinti sektorunun müdiri (baş memar) Mahmud Çərkəzov, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin rəis müavini Kamal Nəcəfli, Mingəçevir Dövlət Universitetinin əməkdaşları Babək Hüsüyev və Xəlil Əliyev, Ağdaş rayonu üzrə gənclər və idman sektorunun əməkdaşları, Kollecin müəllim və tələbələri iştirak ediblər.

Panel çərçivəsində çıxış edənlər müasir şəhərsalma yanaşmaları, davamlı inkişaf prinsipləri və şəhərlərin inkişaf dinamikası ilə bağlı çağırışlar barədə fikirlərini bölüşərək, bu sahədə yeni yanaşmaların tətbiqinin əhəmiyyətini vurğulayıblar. Gənclərin yaradıcılıq potensialının üzə çıxarılması, onların bilik və bacarıqlarının artırılması və təşəbbüslərinin dəstəklənməsi vacib istiqamət kimi qeyd olunub.

Bildirilib ki, tədbirin əsas məqsədi gənclərin şəhərsalma sahəsində məlumatlılığını artırmaq, müasir yanaşmaları təşviq etmək, bu istiqamətdə biliklərinin genişləndirilməsinə şərait yaratmaq və onların fəal iştirakını stimullaşdırmaqdır. Eyni zamanda, gələcəyin şəhərlərinin formalaşmasında gənclərin rolunun gücləndirilməsi prioritet məsələlərdən biri kimi diqqətə çatdırılıb.

Sonda mövzu ətrafında müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb və gənclərin təşəbbüslərinin dəstəklənməsinin davam etdiriləcəyi qeyd olunub.

Keçidlər