Ağdaşda Rayon Fövqəladə Hallar üzrə Komissiyanın iclası keçirilib
4 may 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində yaxın günlər ərzində havaların qeyri-sabit keçməsi ilə əlaqədar Rayon Fövqəladə Hallar Komissiyasının iclası keçirilib.
İclasda Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon Fövqəladə Hallar üzrə Komissiyanın sədri İsmayıl Yusifzadə və komissiya üzvləri iştirak ediblər.
İclas zamanı bölgədə gözlənilən intensiv yağış, sel və güclü külək ehtimalı ilə bağlı Fövqəladə Hallar Nazirliyinin xəbərdarlığı diqqətə çatdırılıb. Bildirilib ki, hidrometeoroloji hadisələrə məruz qala biləcək ərazilərə, binalara və elektrik şəbəkələrinə nəzarət gücləndirilməli, çaylarda sel və daşqın təhlükəsinə qarşı profilaktik tədbirlər görülməlidir. Yarana biləcək fəsadların operativ aradan qaldırılması üçün aidiyyəti üzrə konkret tapşırıqlar verilib.







