Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Qurban bayramına hazırlıqla əlaqədar iclas keçirilib

14 may 2025 | 18:08

Qurban bayramı ilə əlaqədar Ağdaş rayonu ərazisində qida təhlükəsizliyi tələblərinin qorunması və nəzarət tədbirlərinin gücləndirilməsinə dair rayon İcra Hakimiyyətində iclas keçirilib.

Bu məqsədlə aidiyyəti qurumların nümayəndələrindən ibarət İşçi Qrupu yaradılıb.

Gigiyena və təhlükəsizlik tələblərinə cavab verməyən yerlərdə, habelə yol kənarlarında və digər ictimai yerlərdə qanunsuz heyvan satışı və kəsiminin qarşısının alınması məsələləri müzakirə olunub.

Həmçinin bayram günlərində kəsim məntəqələrində dezinfeksiya tədbirlərinin aparılması və qeydiyyatdan keçmiş məntəqələrdə heyvan kəsiminin təşkili ilə bağlı müvafiq tapşırıqlar verilib.

Keçidlər