Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda prokurorluq işçilərinin peşə bayramı günü qeyd olunub

01 oktyabr 2025 | 12:58

Oktyabrın 1-də Ağdaş rayonunda prokurorluq işçilərinin peşə bayramı ilə əlaqədar tədbir keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyəti, YAP rayon təşkilatı və hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon prokurorluğunun əməkdaşları iştirak ediblər.

Tədbir iştirakçıları tərəfindən Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə prokurorluq əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edərək, onlara peşə fəaliyyətlərində uğurlar arzulayıb.

Keçidlər