Ağdaşda “Peşən sənsən” adlı festival keçirilib
22 may 2025 | 16:24
Rayonda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda baş tutan festivalda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Elm və Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyinin, ictimaiyyətin nümayəndələri, müəllim və şagird heyəti iştirak ediblər.
Tədbir peşə təhsilinin əhəmiyyətini vurğulamaq, gəncləri əmək bazarında tələb olan peşələrə istiqamətləndirmək məqsədi daşıyıb.
Festival çərçivəsində Ağdaş Peşə məktəbinin təqdimatları, interaktiv stendlər, ustad dərsləri və müxtəlif sərgi-komponentləri nümayiş etdirilib. Sonra festival iştirakçıları üçün bədii proqram təqdim olunub.