Ağdaşda Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.
19 mart 2025 | 17:31
Martın 19-da Ağdaş rayonunda Ulu Öndər Heydər Əliyevin adını daşıyan parkda Novruz bayramına həsr olunmuş konsert proqramı təşkil olunub.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhid ailələrinin üzvləri, müharibə veteranları, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.
Respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konsertdə bir-birindən maraqlı ifalar təqdim edilib.
Konsert sakinlər tərəfindən böyük coşqu ilə qarşılanıb.