Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz bayramı təntənəli şəkildə qeyd olunub

19 mart 2025 | 17:21

Martın 19-da Ağdaş rayonu, Heydər Əliyev parkında əziz bayramlarımızdan olan, xalqımızın zəngin mənəvi dünyasını, təbiətə sıx bağlılığını, birlik və həmrəylik kimi dəyərləri təcəssüm etdirən Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirilib.

Bayram tədbirində Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edib.

Dədə Qorqudun Novruz duası, xalqımıza ruzi-bərəkət, sülh və əmin-amanlıq arzuları tədbir iştirakçılarında xoş ovqat yaradıb. Daha sonra bayram tonqalı alovlandırılıb, Novruzun rəmzi sayılan kosa, keçəl kimi personajlar öz oyunlarını nümayiş etdiriblər.

Tədbir zamanı bayram yarmarkası təşkil olunub, əl işləri və yerli məhsulların satışı üçün şərait yaradılıb.

Keçidlər