Ağdaşda növbəti dəfə könüllü qanvermə aksiyası keçirilib.
12 may 2023 | 08:27
11 may 2023-cü il tarixdə Ağdaş Rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə “Milli Hematologiya və Transfuziologiya Mərkəzi” Publik Hüquqi Şəxsin əməkdaşlarının iştirakı ilə talassemiyadan əziyyət çəkən xəstə uşaqlara köməklik məqsədilə könüllü qanvermə aksiyası keçirilib. Tədbirdə 179 nəfər rayon sakini olan könüllü donor tərəfindən qan verilib. Bütövlükdə 35.8 litr qan tədarük edilib.