Ağdaşda məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi növbəti maarifləndirmə tədbiri keçirib
Ağdaş rayonu üzrə məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi tərəfindən qeyri-rəsmi məşğulluğun qarşısının alınması istiqamətində hər həftə maarifləndirmə tədbirləri həyata keçirilir.
Komitə növbəti maarifləndirmə tədbirini Ağdaş Yem Fabrikində keçirib.
Görüşdə rayon İcra Hakimiyyəti başçısı aparatı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsi, Nazirliyin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Mərkəzi Aran Regional Məşğulluq filialının Ağdaş rayon xidmət şöbəsi və digər aidiyyəti qurumların rəhbərləri və əməkdaşları iştirak ediblər.
Görüş zamanı qeyri-formal məşğulluğun işçini əmək və sosial təminat hüquqlarından məhrum etdiyi, habelə sosial-iqtisadi inkişaf üçün mənfi nəticələri barədə məlumat verilib. Qanunvericiliyə əsasən hər bir işəgötürənin işçilərlə əmək münasibətlərini əmək müqaviləsi əsasında qurmalı olduğu vurğulanıb. İşəgötürənlərin sualları da cavablandırılıb.







