Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda məişət zorakılığı ilə bağlı ictimai dinləmə keçirilib

24 iyun 2025 | 16:59

İyunun 24-də Ağdaş rayonu, Heydər Əliyev Mərkəzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran regional filialı tərəfindən “Məişət zorakılığından zərər çəkmiş şəxslərin quruma müraciət etmələri barədə təlimatlandırılma” mövzusunda ictimai dinləmə keçirilib.

Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Səbuhi Musayev, Sosial Xidmətlər Agentliyinin Mərkəzi Aran Regional filialının müdiri Həzrət Orucov, idarə, müəssisə və təşkilatların əməkdaşları, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirakı edib.

Tədbirin məqsədi məişət zorakılığı ilə üzləşmiş şəxslərin mövcud xidmətlər barədə məlumatlandırılması və bu sahədə ictimai maarifləndirmənin gücləndirilməsindən ibarət olub.

Keçidlər