Ağdaşda “Korrupsiya ümumbəşəri problem kimi” mövzusunda tədbir keçirilib.
Rayon İcra Hakimiyyətində “Korrupsiya ümumbəşəri problem kimi” mövzusunda tədbir keçirilib.
Tədbirdə rayon ictimaiyyətinin nümayəndələri, təhsil, səhiyyə işçiləri, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edib.
Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə çıxış edərək qeyd edib ki, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində dövlət başçısının rəhbərliyi altında həyata keçirilən qətiyyətli və düşünülmüş tədbirlər müsbət bəhrəsini verməkdədir.
Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 04 aprel 2022-ci il tarixli 3199 nömrəli sərəncamı ilə “Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022─2026-cı illər üçün Milli Fəaliyyət Planı”nda qarşıya mühüm hədəflər qoyulub.
Çıxışlarda qeyd olunub ki, ölkə rəhbərliyi tərəfindən mahiyyəti qabaqlayıcı və inzibati tədbirlərin birgə həyata keçirilməsi olan qətiyyətli siyasi iradənin ortaya qoyulması nəticəsində korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq standartlara cavab verən müasir qanunvericilik bazasının formalaşdırılması, dövlət idarəetməsində şəffaflığın təmin edilməsi, ədalətli məhkəmə sisteminin yaradılması məqsədilə köklü islahatların həyata keçirilməsi, habelə səmərəli antikorrupsiya qurumlarının təsis edilərək fəaliyyətə başlaması nəticəsində mümkün olmuşdur.
Tədbirdə əhalinin haqlı narazılığına səbəb olan fermer təsərrüfatları, sahibkarlığın inkişafına süni əngəllər yaradan, müxtəlif xidmət sahələrində mövcud olan korrupsiya halları barədə vətəndaşların müraciətlərinə təxirə salınmadan baxılması diqqətə çatdırılmış, rüşvətxorluğa və korrupsiya kimi mənfi təzahürlərə qarşı daha ciddi mübarizənin aparılmasının vacibliyi qeyd olunmuşdur.