Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda könüllü gənclərlə görüş keçirildi.

02 noyabr 2022 | 11:50

01 noyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində könüllülük fəaliyyəti başa çatmış və yeni fəaliyyətə başlayacaq gənclərlə görüş keçirildi. Tədbiri giriş sözü ilə açan rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə könüllülük fəaliyyəti başa çatmış gənclərə qazandıqları  təcrübəni gələcəkdə uğurla tətbiq etmələrini arzuladı. Könüllülük fəaliyyətində iştirak edən gənclər çıxış edərək iki ay ərzində rayon İcra Hakimiyyətinin müvafiq şöbələrində zəruri iş təcrübəsi və səriştə qazandıqlarını, eyni zamanda bu təcrübənin onların gələcək karyerası dövründə çox böyük əhəmiyyət daşıyacağına inandıqlarını qeyd etdilər. Çıxış əsnasında könüllülər onlar üçün yaradılan şəraitə görə ölkə başçısı cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya öz təşəkkürlərini bildirdilər. Fəaliyyətlərinin sona çatması ilə əlaqədar daha 2 nəfər könüllüyə şəhadətnamə  təqdim edildi. Eyni zamanda, müxtəlif ali və orta ixtisas təhsil müəssisələrini bitirmiş 3 nəfər gənc rayon İcra Hakimiyyəti aparatında könüllülük fəaliyyətinə cəlb edildi.

 

Keçidlər