Ağdaşda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol yarışı keçirilir
Ağdaş rayonunda "Konstitusiya və Suverenlik ili" çərçivəsində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş voleybol idman növü üzrə kişilər arasında “Bələdiyyə Kuboku” yarışına başlanılıb.
Ağdaş Olimpiya İdman Kompleksində keçirilən yarışın açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə çıxışında müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyev bütün həyat və fəaliyyətini Azərbaycanın tərəqqisinə həsr etdiyini vurğulayıb. O, ölkəmizin dinamik və uzunmüddətli inkişaf yoluna çıxmasını təmin edən Ulu Öndərin müdrik və uzaqgörən siyasətinin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən yüksək səviyyədə davam etdiridiyini, bunun nəticəsi olaraq Azərbaycanın bütün sahələrdə tərəqqiyə nail olaraq, böyük tarixi nailiyyətlərə, qələbələrə imza atdığını, möhtəşəm Zəfər zirvəsinə yüksəldiyini bildirib.
Orxan Hüseynzadə yarışın keçirilməsində əsas məqsədin Ulu Öndərin əziz xatirəsini yad etmək, onun gənclərə və idmana göstərdiyi xüsusi diqqət və qayğının təbliğinə töhfə vermək, rayon əhalisi arasında sağlam həyat tərzini təşviq etmək olduğunu vurğulayıb, yarış iştirakçıların uğurlar arzulayıb.
Qeyd edək ki, turnirdə rayon üzrə müxtəlif bələdiyyələri təmsil edən komandalar iştirak edir və qalib komandalara kubok, medal və diplomlar təqdim ediləcək.