Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Konstitusiya və Suverenlik ili” çərçivəsində növbəti təmizlik aksiyası təşkil olunub

01 sentyabr 2025 | 17:38

“Konstitusiya və Suverenlik ili” çərçivəsində Ağdaş rayonunda keçirilən tədbirlərin davamı olaraq Ağdaş şəhərinin M.İsayev küçəsində təmizlik aksiyası təşkil olunub.

Rayon İcra Hakimiyyətinin təşkilatçılığı və Ağdaş Kommunal Müəssisələr Kombinatının əməkdaşlarının iştirakı ilə keçirilən aksiya zamanı ərazidəki tullantılar toplanılaraq, müvafiq yerlərə daşınıb, təmizliyin bərpası təmin edilib.

Tədbirin əsas məqsədi ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın qorunması, eləcə də təmizlik və səliqə-səhmana dair ictimai məsuliyyətin artırılmasıdır.

Keçidlər