Ağdaşda “Konstitusiya və Suverenlik İli” çərçivəsində ağacəkmə aksiyası keçirilib.
12 mart 2025 | 16:30
Prezident İlham Əliyevin müvafiq sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan edilməsi ilə bağlı Tədbirlər Planına uyğun olaraq Ağdaş Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ərazisində ağacəkmə aksiyası keçirilib.
Rayonun ekoloji inkişafı, ətraf mühitin mühafizəsi və yaşıl zonaların genişləndirilməsi məqsədilə təşkil edilən aksiyada müxtəlif növ sərv, şam və küknar ağacları əkilib.