Ağdaşda işçi qrupları ilə növbəti görüşlər keçirilib.
05 mart 2025 | 18:15
Martın 5-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində əhalinin işlə təmin edilməsi, məşğulluq səviyyəsi və sosial müdafiəsinin artırılmasına yönələn tədbirlərlə bağlı yaradılmış işçi qrupları ilə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən qeyd olunan sahələrdə mövcud problemlərin aradan qaldırılması, o cümlədən sakinlərin bu sahələrlə bağlı daxil olmuş müraciətlərinin araşdırılması, diaqnostikası, təhlili və həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Qeyd edilən müraciətlərin vaxtında, operativ həlli məqsədilə tədbirlər planının hazırlanması və icrasına nəzarətin artırılması tapşırılıb.