Ağdaşda işçi qrupları ilə görüşlər davam etdirilir
25 fevral 2025 | 17:50
Fevralın 25-də rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadənin rəhbərliyi ilə rayon ərazisində aqrar, içməli su təchizatı və suvarma su təminatının yaxşılaşdırılması, kollektor drenaj şəbəkəsinin yenilənməsi, uşaq, gənclər, bədən tərbiyəsi və idman sahələri, həmçinin şəhər ərazisində reklam qurğularının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması ilə bağlı yaradılmış işçi qrupları ilə görüşlər keçirilib.
Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamlarına əsasən qeyd olunan sahələrdə mövcud problemlərin aradan qaldırılması, o cümlədən sakinlərin bu sahələrlə bağlı daxil olmuş müraciətlərinin araşdırılması, diaqnostikası, təhlili və həlli istiqamətində görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Rayon İcra Hakimiyyətində keçirilən görüşlər zamanı müzakirə olunan sahələrlə bağlı daxil olmuş müraciətlərin vaxtında, operativ həlli məqsədilə tədbirlər planının hazırlanması və icrasına nəzarətin artırılması tapşırılıb.