Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda icbari tibbi sığorta ilə bağlı maarifləndirici tədbir keçirilib

24 iyun 2025 | 16:52

İyunun 24-də İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Habil Əliyev adına şəhər 1 nömrəli uşaq musiqi məktəbində "İcbari tibbi sığorta" mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdirinin müavini Səbuhi Musayev, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Mingəçevir filialının rəhbəri Adil Həsənov, rayonun idarə, müəssisə və təşkilatlarından nümayəndələr iştirak edib.
Tədbir zamanı iştirakçılara icbari tibbi sığorta haqqında ətraflı məlumat verilib, vətəndaşların bu sahədə hüquq və imkanları izah olunub. Həmçinin, icbari tibbi sığorta çərçivəsində göstərilən xidmətlər, əhatə dairəsi və sistemin tətbiq mexanizmi barədə ətraflı təqdimat nümayiş etdirilib, iştirakçıların sualları cavablandırılıb.
Maarifləndirici tədbirin əsas məqsədi əhalinin icbari tibbi sığorta sahəsində məlumatlılıq səviyyəsini artırmaq və yeni sistemin tətbiqindən irəli gələn hüquq və imkanları geniş ictimaiyyətə çatdırmaqdan ibarət olub

Keçidlər