Ağdaşda “Heydər Əliyev və peşə təhsili” mövzusunda dəyirmi masa keçirilib.
2 may 2024-cü il tarixində Peşə məktəbində Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar “Heydər Əliyev və peşə təhsili” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşı Səbuhi Musayev və məktəbin pedaqoji kollektivi iştirak edib. Dəyirmi masa ətrafında dahi şəxsiyyətin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, o cümlədən təhsilin inkişafına verdiyi töhfələrdən söhbət açılıb. Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin peşə təhsilinin inkişafı istiqamətində başladığı işlər onun layiqli davamçısı möhtərəm prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illər təhsil müəssisələrinin tədris və maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər qeyd olunanların əyani təzahürüdür.