Ağdaşda “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda tədbir keçirildi.
“Heydər Əliyev İli” çərçivəsində 2 fevral 2023-cü il tarixində Heydər Əliyev Mərkəzində 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə “Heydər Əliyev və Azərbaycan gəncliyi” mövzusunda dəyirmi masa keçirilib. Tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri düzərək xatirəsini ehtiramla yad ediblər. İştirakçılar Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyəti, eyni zamanda Ağdaş rayonuna səfərlərini əks etdirən eksponat və foto materiallara baxış keçiriblər. Mövzu ətrafında məruzə təqdim olunub. Tədbirdə çıxış edən natiqlər qeyd ediblər ki, Ümummilli Liderin müəyyənləşdirdiyi dövlət gənclər siyasətinin uğurla həyata keçirilməsi gənclərin qarşısında duran problemlərin həllinə münasibətin köklü surətdə dəyişməsinə imkan yaratdı və onları vahid azərbaycançılıq ideologiyası ətrafında daha da sıx birləşdirdi. Bu gün ölkəmizdə əsası ulu öndər, xalqımızın ümumilli lideri Heydər Əliyev tərəfindən gənclər siyasəti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Sonda xatirə şəkli çəkdirilib.