Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev İli” çərçivəsində tədbir keçirildi.

16 fevral 2023 | 09:29

15 fevral 2023-cü il tarixdə Heydər Əliyev Mərkəzində Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi ilə əlaqədar rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Milli Məclisin deputatı Məzahir Əfəndiyev və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi ilə birgə “Heydər Əliyev və Ordu quruculuğu” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdən öncə iştirakçılar ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edib, abidənin önünə gül dəstələri düzüblər. Tədbiri giriş sözü ilə açan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov ordu quruculuğu sahəsində ulu öndər Heydər Əliyevin həyata keçirdiyi çoxşaxəli fəaliyyətindən söhbət açıb. Çıxış edənlər 44 günlük Vətən Müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında əldə edilən möhtəşəm Qələbənin əhəmiyyəti barədə fikirlərini ifadə ediblər. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi məqsədyönlü tədbirlər, əldə olunan uğurlar ordu quruculuğu sayəsində həyata keçirilən ardıcıl tədbirlərin davamı sayəsində mümkün olub. Azərbaycan Respublikasının Milli Məclisinin deputatı Məzahir Əfəndiyev ölkəmizdə ordu quruculuğu sayəsində dövlət başçısı tərəfindən həyata keçirilən tədbirlər, qəbul edilən qərarların tarixi əhəmiyyətinə toxunub, dövlət büdcəsindən ordu quruculuğu istiqamətində ayrılan  vəsaitlərin ilbəil artırılmasını diqqətə çatdırıb. Qeyd olunub ki, 44 günlük Vətən Müharibəsi ərzində Azərbaycan Ordusunun əldə etdiyi zəfər dünyanın hərbi dairələrində bu gün də öyrənilməkdədir.      

Tədbir qarşılıqlı müzakirələrlə yekunlaşıb.

 

Keçidlər