Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsinin təşəbbüskarıdır” mövzusunda dəyirmi masa keçirildi.

31 mart 2023 | 18:11

31 mart 2023-cü il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində “Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsinin təşəbbüskarıdır” mövzusunda dəyirmi masa təşkil olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və qeyri-hökumət təşkilatlarının rəhbərləri, təhsil, mədəniyyət və gənclər təşkilatlarının nümayəndələri iştirak edib. Xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin, 31 Mart soyqırımı qurbanlarının və torpaqlarımızın bütövlüyü uğrunda şəhadət zirvəsinə ucalan igid oğullarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə açaraq bildirib ki, Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu Öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamış, sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Bu faciə əsl siyasi və hüquqi qiymətini xalqımızın ümummilli lideri Heydər Əliyevin müstəqil Azərbaycanın siyasi rəhbərliyinə tarixi qayıdışından sonra almışdır. Azərbaycanın müasir tarixində azərbaycanlıların soyqırımı günü kimi qeyd olunan bu hadisələrin öyrənilməsi və tədqiqi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin daim diqqət mərkəzindədir. Onun məqsədyönlü fəaliyyəti nəticəsində erməni vandalizminə qarşı həyata keçirilən genişmiqyaslı tədbirlər dünya azərbaycanlılarının arasında birlik və həmrəyliyi getdikcə möhkəmləndirir. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova tərəfindən “Heydər Əliyev 31 Mart Azərbaycanlıların Soyqırımı Gününün elan edilməsinin təşəbbüskarıdır” mövzusunda məruzə təqdim edilib. Çıxışlarda qeyd olunub ki, bu anım günləri ərəfəsində ölkəmizdə və dünyanın müxtəlif ölkələrində təşkil edilən silsilə tədbirlər, sərgilər, konfranslar bu qanlı terrorun əsl mahiyyətinin,  eləcə də Azərbaycan xalqının müstəqillik əzminin sarsılmazlığının dünyaya çatdırılmasında əhəmiyyətli rol oynayır.

 

 

 

Keçidlər