Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda gənclərlə görüş keçirilib

31 iyul 2025 | 17:27

İyulun 31-də Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə gənclərlə görüş keçirib.

Görüşdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, fəal gənclər və rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini başa çatdıran gənclər iştirak ediblər.

Görüşün əsas məqsədi gənclərin rayonun ictimai-sosial və mədəni həyatında iştirakının artırılması, onların təşəbbüslərinin dəstəklənməsi və fikir mübadiləsinin aparılması olub.

Rayon İcra Hakimiyyətinin başçısı çıxış edərək dövlətimizin gənclər siyasətinin nailiyyətlərindən, cəmiyyətin aparıcı qüvvəsi olan gənclərə dövlət qayğısından bəhs edib. Ağdaş rayonunda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq işləri, infrastruktur layihələri, təhsil və mədəniyyət sahəsindəki yeniliklər barədə məlumat verilib. Bildirilib ki, görülən işlər həmçinin gənclərimiz üçün daha rahat və layiqli şəraitin yaradılmasına yönəlib.

Qeyd olunub ki, rayonun sosial-mədəni həyatında gənclərin fəal iştirakı, müxtəlif təşəbbüslərlə çıxış etdikləri, təhsil, idman, mədəniyyət və digər sahələrdə qazandıqları uğurlar vurğulanıb

Diskussiya formatında davam edən görüşdə gənclər çıxış edərək fikir və təkliflərini səsləndiriblər. Sonda Ağdaş Rayon İcra Hakimiyyətində könüllülük fəaliyyətini uğurla başa vuran bir qrup gəncə rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub.

Keçidlər