Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda gecə işıqlandırma işləri davam etdirilir

22 mart 2025 | 12:18
Ağdaş şəhərində abadlıq və quruculuq işləri çərçivəsində şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarında müasir gecə işıqlandırması sisteminin qurulması işləri aparılır.
Bu məqsədlə artıq 2400-dən çox yeni işıqlandırma dirəyi basdırılıb, müxtəlif ölçülü elektrik xətləri çəkilib.
Bayram günlərində də bu sahədə işlər davam etdirilir.
Yenidənqurma işləri şəhərin həm estetik görünüşü, həm də gecə saatlarında sakinlərin rahat və təhlükəsiz hərəkətinə xidmət edir.
Keçidlər