Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda fermerlərlə görüş keçirilib.

30 aprel 2025 | 18:00

Aprelin 30-da rayon İcra Hakimiyyətində heyvandarlıqla məşğul olan yerli fermerlərlə görüş keçirilib.
Görüş zamanı kənd təsərrüfatının inkişafı, heyvandarlıq sahəsində mövcud vəziyyət və fermerlərin qarşılaşdığı problemlər müzakirə olunub.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə dövlətin kənd təsərrüfatına, xüsusilə də heyvandarlığın inkişafına göstərdiyi diqqət və qayğıdan bəhs edərək, bu sahədə çalışan vətəndaşlara müvafiq dəstəyin göstərildiyini vurğulayıb.
Fermerlər torpaq, yem təminatı, baytarlıq xidmətləri və satış imkanları ilə bağlı fikir və təkliflərini bölüşüblər.

Keçidlər