Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda erkən və qohumlararası nikahın mənfi təsirlərinə dair maarifləndirmə tədbiri keçirildi.

18 oktyabr 2022 | 17:15

18 oktyabr 2022-ci il tarixdə Ağdaş Dövlət Humanitar Kollecində Nazirlər Kabinetinin 2020-ci il 23 iyun tarixli 213 nömrəli Qərarı ilə təsdiq edilmiş “Gənclər arasında ailənin və nikahın əhəmiyyəti, onun qorunması və möhkəmləndirilməsi məqsədilə erkən nikahın və qohumlar arasında nikahın mənfi nəticələrinə dair maarifləndirmə Qaydası” çərçivəsində tədbir keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, Polis şöbəsi, rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin nümayəndələri, kollecin müəllim və tələbələri iştirak edirdi. Tədbirdən öncə ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad olundu. “Erkən nikaha yox!” adlı videoçarx nümayiş etdirildi. Tədbirdə çıxış edənlər tərəfindən erkən nikah və qohumlar arasında nikahın tibbi, psixoloji, fizioloji, mənəvi, sosial-iqtisadi fəsadları barədə geniş məlumat verilməklə, bu sahədə gənclər arasında maarifləndirmənin əsas prinsipləri barədə diskussiya şəraitində geniş fikir mübadiləsi aparıldı. Sonda tədbir iştirakçıları olan gəncləri maraqlandıran suallar cavablandırıldı.

Keçidlər