Ağdaşda "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" adlı maarifləndirici tədbir keçirildi.
16 fevral 2024-cü il tarixdə rayonda “Аzərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyi və rayon İcra Hakimiyyətinin təşkilatçılığı, eyni zamanda Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə "Erkən və qohum nikahlarla mübarizədə region gənclərinin potensialının artırılması" adlı maarifləndirmə tədbiri keçirildi. Tədbirdə 16-30 yaş arasında rayon gəncləri iştirak edirdi. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin icraçı direktoru Gülnarə Bağırova qeyd edib ki, layihənin əsas ideyasını regionlarda gənclər arasında ailənin, nikahın əhəmiyyəti, onun qorunması, möhkəmləndirilməsi məqsədilə erkən və qohum nikahların mənfi nəticələrilə mübarizə və maarfləndirmə sahəsində dövlət qurumlarının vəzifə, öhdəliklərinin yerinə yetirilməsi vəziyyətinin araşdırılması, öyrənilməsi, nəticələrin təhlili, obyektiv hesabatlılıq, maarifləndirici seminarların təşkili və bu sahədə fəaliyyətlərin təkmilləşdirilməsi üzrə tövsiyə və təkliflərin hazırlanması təşkil edir. Tədbir diskussiya şəraitində davam etdirilib, bukletlər paylanılıb.