Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirildi.

22 aprel 2022 | 10:35

22 aprel 2022-ci il tarixində Fövqəladə Hallar Nazirliyi Aran Regional Mərkəzinin 2022-ci tədris ili üçün hazırlıq planı və Ağdaş rayon İcra Hakimiyyətinin cari il üçün mülki müdafiə tədbirlər planına əsasən hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqnalı üzrə fəaliyyəti" mövzusunda keçirilən məşqdə Aran Regonal Mərkəzin aidiyyəti struktur bölmələri, rayon İcra Hakimiyyətinin fövqəladə hallar üzrə komissiyası və mülki müdafiə qərargahı, müvafiq idarə, təşkilatlar iştirak edib.

Məşqə mülki müdafiə xidmətləri və həmin xidmətlərdə yaradılmış ərazi xilasetmə, ərazi kəşfiyyat, tibb, rabitə və xəbərdarlıq, ictimai asayişin mühafizəsi, yanğından mühafizə, avtonəqliyyat, mühəndis, elektrik qəza, qaz qəza, su-kanalizasiya qəza, kənd təsərrüfatı heyvanlarının və bitkilərin mühafizəsi və yol-körpü təmiri qrupu xidmətlərindən 208 nəfər şəxsi heyət və 64 texnika cəlb olunub.

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini-fövqəladə hallar üzrə komissiyanın sədri İsmayıl Yusifzadə və Aran Regional Mərkəzinin mülki müdafiə idarəsinin rəisi, mayor Elşən Bəşirov çıxışlarında bildiriblər ki, ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə mülki müdafiə məşqinin keçirilməsi əhalinin mülki müdafiə hazırlığının yüksək səviyyədə olmasına təminat verir. Məşqin keçirilməsində əsas məqsəd hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hallara operativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq toplanışı üzrə əməli vərdişlərin aşılanmasıdır.

Sonda məşqin təhlili aparılaraq yaranan çatışmazlıqlar diqqətə çatdırılıb, müvafiq tapşırıq və tövsiyələr verilib.

 

Keçidlər