Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda əmək hüquqları ilə bağlı maarifləndirmə tədbiri keçirilib

18 iyun 2025 | 17:21

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsi və Ağdaş Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə rayonda işəgötürənlər üçün "Əlilliyi olan şəxslərin əmək hüquqları", "İş yerlərində əməyin mühafizəsi" mövzularında maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil olan qurumların, ictimai birliklərin nümayəndələri, eyni zamanda habelə Dövlət Əmək Müfəttişliyi Xidmətinin Mərkəzi Aran Regional şöbəsinin əhatə etdiyi rayonlardan dövlət və özəl sektora aid müəssisə və təşkilatları təmsil edən 100 nəfərə yaxın əməkdaş iştirak edib.

Tədbir zamanı iştirakçılara əlilliyi olan şəxslərin əmək hüquqları, əməyin mühafizəsi, iş yerlərinin attestasiyası, işçilərin sağlam və təhlükəsiz şəraitdə çalışması, həmçinin əməyin mühafizəsi üzrə yeni standartların tətbiqi ilə bağlı ətraflı məlumat verilib. Sonda müvafiq mövzularla bağlı iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

Keçidlər