Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda elektrik təsərrüfatının yenidən qurulması işlərinə başlanılıb.

13 yanvar 2025 | 17:18

Şəhər ərazisində 0,4 kilovoltluq alçaq gərginlikli elektrik veriliş xətləri və 10 kilovoltluq beton dayaqlar yeni metal dayaqlarla əvəz olunur, çılpaq naqillər öz yükünü daşıyan izolyasiyalı naqillərlə əvəz olunur.

Bərpa tədbirləri çərçivəsində şəhər ərazisində bütün transformator məntəqələrinin yenidən qurulması işləri həyata keçirilir.

Eyni zamanda yeni yaşayış massivlərində və gərginlik gücü aşağı olan küçələrdə 6 ədəd yeni güc mərkəzi və yeni transformator məntəqələrinin yaradılması nəzərdə tutulmuşdur.

Qeyd etmək lazımdır ki, rayonun Qoşaqovaq, Şəkili, Qolqəti, Binələr və Dovudlu kəndlərində elektrik təsərrüfatının yenidən qurulması üçün layihə-smeta sənədləri hazırlanmışdır.

Yaxın gələcəkdə həmin yaşayış məntəqələrinin elektrik təsərrüfatında yenidənqurma tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur.

Keçidlər