Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 40-cı ildönümünə həsr olunmuş tədbir keçirilib

27 aprel 2026 | 16:35

Ağdaş Rayon İcra Hakimiyyətində Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri ilə görüş keçirilib.

Dəyirmi masa ətrafında keçirilən tədbirdə Ağdaş Rayon İcra Hakimiyyəti başçısının müavini, Sosial-iqtisadi və memarlıq-tikinti şöbəsinin müdiri Əli Kərimov, rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, qeyri-hökumət təşkilatlarının sədrləri, həmçinin Çernobıl qəzasının nəticələrinin aradan qaldırılmasında iştirak etmiş rayon sakinləri iştirak ediblər.

Tədbiri giriş nitqi ilə açan Əli Kərimov Çernobıl qəzasının XX əsrin ən böyük texnogen fəlakətlərindən hesab olunduğunu bildirərək, onun ağır sosial, ekoloji və humanitar nəticələri barədə məlumat verib.

Qeyd olunub ki, qəzanın fəsadlarının aradan qaldırılmasında iştirak etmiş Azərbaycan vətəndaşları yüksək fədakarlıq və qəhrəmanlıq nümayiş etdiriblər. Bununla yanaşı, dövlət tərəfindən bu kateqoriyadan olan şəxslərə göstərilən diqqət və qayğının davamlı xarakter daşıdığı, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi vurğulanıb.

Çıxış edən Çernobıl əlilləri onlara göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Keçidlər