Ağdaşda çəltik biçini davam etdirilir.
Son illər ölkənin aqrar sektorunda ənənəvi təsərrüfat sahələrindən biri olan çəltikçiliyin inkişafı, əhalinin etibarlı ərzaq məhsullarına tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində rayonda bir sıra əhəmiyyətli tədbirlər görülmüş və müsbət nəticələr əldə edilmişdir. Rayonda 2022-ci ilin məhsulu üçün 681 hektar sahədə çəltik əkilmişdir ki, bu ötən illə müqayisədə 29 hektar çoxdur. Kənd təsərrüfatının digər sahələrində olduğu kimi bu sahəyə də dövlət dəstəyinin daim artırılması çəltik əkininin genişləndirilməsinə səbəb olmuşdur. Cari ildə əkin sahələrində yetişdirilən çəltik məhsulunun yığılması işinə cəlb olunan kombaynlar vasitəsilə indiyədək 94 hektar sahədə biçin aparılmış, sahələrdən 309 tondan artıq məhsul əldə olunmuşdur. Hər hektarda məhsuldarlıq 32 sentner təşkil edir. Çəltik biçini davam etdirilir.