Ağdaşda bayram tətili günlərində sirk proqramı təşkil olunub
23 mart 2026 | 19:38
Bayram tətili günlərində əhalinin asudə vaxtının səmərəli təşkili istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Ağdaş Olimpiya İdman Kompleksində sirk proqramı təşkil olunub.
“Fantaziya" sirkinin təşkilatçılığı ilə keçirilən tədbirdə peşəkar artistlərin iştirakı ilə müxtəlif sirk nömrələri və bənzərsiz şoular təqdim olunub. Əyləncəli anlarla yadda qalan sirk proqramı rayon sakinləri, xüsusilə uşaq və yeniyetmələr tərəfindən böyük rəğbətlə qarşılanıb.







