Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda barama təsərrüfatlarına baxış keçirilib

13 iyun 2026 | 17:27

Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə ipəkqurdu toxumunun paylanıldığı kəndlərdə barama təsərrüfatlarında mövcud vəziyyətlə tanış olub, işlərin daha səmərəli təşkili istiqamətində aidiyyəti üzrə müvafiq tapşırıq və tövsiyələrini verib.
Baxış zamanı əhalinin məşğulluğunun artırılması və kənd yerlərində əlavə gəlir mənbələrinin formalaşdırılması baxımından baramaçılığın əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki, Ağdaş rayonu üzrə 57 kümçü tərəfindən 2026-cı ilin məhsulu üçün 180 qutu ipəkqurdu toxumu götürülüb. Hazırda rayonda barama tədarükü başlamaq üzrədir və yüksək məhsuldarlığın əldə olunacağı gözlənilir.

Keçidlər