Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda barama tədarükünə başlanılıb.

06 iyun 2023 | 15:44

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən ölkənin aqrar sektorunun inkişafına göstərilən qayğı və dəstək kənd təsərrüfatının bütün sahələrində olduğu kimi ixracyönümlü sahə olan baramaçılığın inkişafına da öz müsbət töhfələrini verməkdədir. "Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında ölkə Prezidenti İlham Əliyevin 27 noyabr 2017-ci il tarixli Sərəncamı da bu sahənin inkişafına yönəldilib. Proqramın uğurlu icrası ölkəmizdə barama istehsalını ildən-ilə artırır. Ağdaş rayonunda baramaçılığın inkişafı istiqamətində mühüm işlər görülür. Cari ildə 99 kümçüyə bu mövsüm 250 qutu ipəkqurdu paylanılıb. Artıq may ayının 31-dən etibarən rayonda barama tədarükünə başlanılıb. Cari barama mövsümü ərzində kümçülər tərəfindən 10 ton barama tədrükü nəzərdə tutulub. Qəbulun ilk günündən kümçülər tərəfindən “AzSİLK” MMC-yə 5320 kq yaş barama təhvil verilib. Hazırda barama tədarükü davam edir.

 

Keçidlər