Ağdaşda “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrası ilə bağlı tədbir keçirildi.
Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzi, qeyri-hökumət təşkilatlarının əməkdaşları, Ağdaş Rayon İcra Hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə nümayəndələri, rayon bələdiyyələri və sahibkarlıq subyektlərinin iştirakı ilə keçirilən təbdirdə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.24. bəndində göstərilən “Kənd təsərrüfatı məhsullarının sənaye üsulu ilə emalı üzrə müəssisələrin, həmçinin yun və gön-dəri emalı müəssisələrinin yaradılmasının təşviqi və dəstəklənməsi” ilə bağlı rayon İcra Hakimiyyəti başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Əli Kərimov çıxış edərək son dövrlər ölkəmizdə kənd təsərrüfatı sahəsində uğurlu islahatların həyata keçirildiyini, kənd təsərrüfatı məhsullarının istehsalı üçün dövlət tərəfindən sahibkarlara hər bir şərait yaradıldığını, maddi-texniki təminatlarının yaxşılaşdırıldğını, onlara dövlət tərəfindən vergi güzəştləri, subsidiyalar, güzəştli kredit və lizinqdən yararlanmaları üçün şərait yaradıldığını bildirdi. Görülmüş işlər nəticəsində əhalinin məşğulluğunun təmin edildiyi, məhsuldarlığın ildən-ilə daha da yüksəldiyi diqqətə çatdırdı. Bildirildi ki, rayonun şəxsi və fermer təsərrüfatlarında kifayət qədər iri və xırda buynuzlu heyvanların saxlandığı nəzərə alınaraq ərazidə yun və gön-dəri emalı müəsissəsinin yaradılması effektli hesab oluna bilər. Eyni zamanda əlaqədar qrumların iştirakı ilə “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın 7.1.22. bəndində əksini tapan “ABAD” mərkəzləri şəbəkəsinin genişləndirilməsinin davam etdirilməsi və iri şirkətlər tərəfindən ailə təsərrüfatlarının dəstəklənməsinin təşviqi” ilə bağlı müzakirələr aparılmışdır. Müzakirələr zamanı “ABAD” - Ailə Biznesinə Asan Dəstək publik hüquqi şəxsin Respublika Prezidenti İlham Əliyevin 23 sentyabr 2016-cı il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN xidmət) tabeliyində yaradıldığını qeyd olunub. “ABAD” mərkəzləri tərəfindən yerlərdə dekorativ-tətbiqi xalq sənətkarlığı və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən ailə bizneslərinə dəstək layihələrinin həyata keçirilməsinin vacibliyi bildirilib. Qeyd olunub ki, “ABAD” mərkəzləri ailə təsərrüfatlarına biznes-planlaşdırma, marketinq, təlimlər, brendinq və dizayn, maliyyə-mühasibat, hüquqi yardım və ən əsası, satışın təşkili ilə və avadanlıq ilə təmin edir. İstehsal olunmuş məhsulların “bir pəncərə” prinsipi üzrə sertifikatlaşdırılması, logistika işinin və satışların təşkili “ABAD” tərəfindən həyata keçirilir. Sonda bu istiqamətdə sahibkarlıq subyektləri, fiziki və hüquqi şəxslər arasında bu tipdə olan tədbirlərin keçirilməsinin əhəmiyyəti vurğulandı.