Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan polisinin yaranmasının 105-ci ildönümü qeyd olundu.

02 iyul 2023 | 12:44

2 iyul  2023-cü il tarixdə Ağdaşda rayonunda Azərbaycan polisinin yaranmasının 105 illiyi münasibətilə tədbir keçirilib.  Tədbirdə rayonun hüquq-mühafizə orqanlarının əməkdaşları, polis veteranları və rayon rəhbərliyinin nümayəndələri iştirak ediblər. İştirakçılar əvvəlcə ulu öndər Heydər Əliyevin rayonu ərazisində ucaldılan abidəsini ziyarət edərək abidənin önünə gül dəstələri düzüblər. Polis işçilərinin peşə bayramı münasibətilə Heydər Əliyev Mərkəzində davam edən tədbirdə əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin, habelə respublikamızın ərazi  bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalmış və xidməti vəzifələri yerinə yetirərkən həlak olmuş polis əməkdaşlarının xatirəsi yad olunub. Tədbirdə çıxış edənlər Qarabağın müdafiəsində polislərin fədakarlığından söz açmış, Azərbaycan polisinin ictimai təhlükəsizliyin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazandığını  diqqətə çatdırıblar. Vurğulanıb ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi hərtərəfli islahatlar çərçivəsində daxili işlər orqanlarının da müasirləşməsi üçün hər cür şəraitin yaradılıb. Ağdaş Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İsmayıl Yusifzadə tədbirdə  çıxış edərək polis əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib, xalqımızın milli maraq və mənafelərinin, ölkə daxilində ictimai təhlükəsizliyin və əmin-amanlığın, insanların hüquq və azadlığının qorunmasında danılmaz rolu olan polis orqanlarının formalaşmasında Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərini vurğulayıb. 44 günlük Vətən Müharibəsinə toxunan  İsmayıl Yusifzadə Ali Baş Komandan, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və qətiyyəti, müzəffər ordumuzun qəhrəmanlığı sayəsində Vətən Müharibəsində qazanılmış tarixi zəfərdə polis orqanları və əməkdaşlarının da müstəsna xidmətləri olduğunu qeyd edib. Ölkəmizin davamlı və dayanıqlı inkişafından və Azərbaycan polisinin xidmətlərindən söz açan  natiq  daha sonra Ali Baş Komandan, möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin daimi tərəqqisi, daha da qüdrətlənməsi naminə xalqa  və dövlətə şərəfli xidmətlərində rayon  Polis Şöbəsinin şəxsi heyətinə müvəffəqiyyətlər arzulayıb. Tədbirin yekununda   xidmətdə fərqlənən bir qrup polis əməkdaşlarına  Daxili İşlər Nazirliyinin  mükafatları və rayon İcra Hakimiyyətinin fəxri fərmanları təqdim olunub. 

Keçidlər