Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib

31 yanvar 2025 | 16:38
Yanvarın 31-də Ağdaş rayon İcra Hakimiyyəti və Gənclər və İdman Nazirliyinin Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.
Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Milli Məclisin deputatı Sahib Alıyev, Mərkəzi Aran Regional Gənclər və İdman idarəsinin müdiri Azad Gözəlov və gənclərin nümayəndələri Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.
Çıxış edən natiqlər Ümumilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulan gənclər siyasətinin Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıblar. Dövlətimizin başçısının gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə, gənc ailələrin sosial təminatına xüsusi diqqət və qayğısndaan bəhs olunub.
Dövlətin uğurlu gənclər siyasətinin gənc nəslin ictimai-siyasi həyatdakı rolunun artmasına, ölkənin aparıcı qüvvəsinə çevrilməsinə, bütövlükdə, kreativ gəncliyin formalaşmasına şərait yaratdığı diqqətə çatdırılıb. Həmçinin möhtəşəm tarixi Zəfərimizlə başa çatan Vətən müharibəsində gənclərin mühüm rolundan söz açılıb.
Keçidlər