Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda aqrar inkişaf poqramları üzrə müzakirələr aparılıb

13 mart 2026 | 16:44

13 mart 2026-cı il tarixində Ağdaş Rayon İcra Hakimiyyətində müvafiq tədbirlər planı çərçivəsində aqrar sahənin inkişafı və mövcud problemlərin həlli məqsədilə iclas keçirilib.

İclasda Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Orxan Hüseynzadə, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının Strateji planlaşdırma, təhlil və hesabatlılıq şöbəsinin Hesabatlılıq sektorunun müdiri Şövqi Lələşov, Aqrar Xidmətlər Agentliyinin Dövlət toxum nəzarəti və qeydiyyatı şöbəsinin Sort-sınaq işinin təşkili sektorunun baş məsləhətçisi Sahib İbrahimli, Ağdaş Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Fərhad Əliyev, Bitki Mühafizəsi və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Şirvan Təcrübə Stansiyasının direktoru Seymur Həmidov və Ağdaş Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları iştirak ediblər.

İclas zamanı çəltik əkini ilə məşğul olan fermerlərin yüksək məhsuldar çəltik toxumu ilə təmin olunmasının aktuallığını nəzərə alaraq, rayon üzrə çəltik toxumu yetişdirilməsi nəzərdə tutulmuş təsərrüfatın dəqiqləşdirilməsi və qarşıda duran cari məsələlər müzakirə olunmuşdur.

Bildirilib ki, şoran torpaqların əkin dövriyyəsinə qaytarılması üçün müvafiq yaxşılaşdırma tədbirləri çərçivəsində 3 istiqamət üzrə torpaq nümunələri götürülmüş və 3 ha olmaqla Mürsəl bələdiyyəsini əhatə edən Şıxlı kəndi üzrə ərazi seçilmişdir. Pilot layihə olaraq bu ərazidə müvafiq aqrotexniki tədbirlərin keçirilməsi nəzərdə tutulmuşdur.

İclasda hər iki məsələ icrası üçün konkret tədbirlər müəyyənləşdirilmiş, texniki və təşkilati dəstəyin göstərilməsi və proqramların uğurla həyata keçirilməsi üçün növbəti addımlar planlaşdırılmışdır.

Keçidlər