Ağdaşda akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirildi.
27 aprel 2023-cü il tarixdə Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Aynur Novruzova, Ağdaş rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsin direktoru Nuru Nuriyev və səhiyyə işçiləri iştirak edib. Əvvəlcə akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub. Çıxışlarda akademik Zərifə xanım Əliyevanın zəngin mənəviyyata sahib əsl ziyalı kimi mənalı ömür yolu keçdiyi, ölkəmizdə tibb sahəsinin inkişafına əhəmiyyətli töhfələr verdiyi, respublikada yüksəkixtisaslı kadrların hazırlanması işinə gərgin əmək sərf etdiyi, eyni zamanda gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəslini formalaşdırdığı diqqətə çatdırılıb.